​Rumıniyada güləş yarışında komandamız 3 medal qazanıb - FOTO

​Rumıniyada güləş yarışında komandamız 3 medal qazanıb - FOTO Komandamız aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıra bilib
Komanda
18 İyun , 2016 21:31
​Rumıniyada güləş yarışında komandamız 3 medal qazanıb - FOTO

Buxarest, 18 iyun. Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, iki gün davam edəcək turnirdə ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komanda Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib.

Turnirin ilk günü hər 3 güləşçimiz xalça üzərinə çıxıb.

59, 80 və 130 kq çəki dərəcələrində xalçaya çıxan Azərbaycan güləşçilərindən ilk olaraq Elvin Mürsəlov mübarizəyə qoşulub. 80 kq çəki dərəcəsində çıxış edən idmançımız iranlı Yousef Ghaderian ilə qarşılaşıb və 7-1 hesabı ilə xalçanı məğlub tərk edib. Daha sonra Elvin ardıcıl olaraq bolqarıstanlı Mario Dotsini və macarıstanlı Norbert Ubrankovics ilə üz-üzə gəlib, hər iki idmançı üzərində tam qələbə qazanaraq görüşləri vaxtından əvvəl bitirib. Son görüşdə pəhləvanımız iranlı Mahdifallah Amidabadilə görüşüb və 3-2 hesabı ilə məğlub olaraq turnirin bürünc mükafını qazanıb.

Digər təmsilçimiz 59 kq çəki dərəcəsində Rövşən Bayramov 1/8 finalda İranlı Şirazad Beheşititala ilə görüşüb. Rəqibini 2:0 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə daha bir iranlı Reza Khedri ilə üz-üzə gəlib. Görüşü tam üstünlüklə başa vuran idmançımız adını finala yazdırıb. Finalda pəhləvanımız ev sahibi Vircil Munteanu ilə qarşılaşıb və 6-4 hesabı ilə məğlub olaraq turnirin gümüş medalını qazanıb.

130 kq çəki dərəcəsində rumıniyalı Hutuleac Constantin ilə qarşılaşan pəvlivanımız Sabah Şəriəti rəqibi üzərində 2-0 hesabı ilə üstünlük əldə etməklə növbəti mərhələyə vəsiqə qazanıb. Güləşçimizin növbəti mərhələdə rəqibi iranlı Mehdi Nouri olub. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 6-0 hesabı ilə məğlub edib və adını finala yazdırıb. Finalda pəhləvanımız iranlı Behnam Mehdizadehə üzərində 6-4 hesabı ilə qələbə qazanaraq turnirin qızıl medalını qazanıb.

Komandamız aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıra bilib. 

Son xəbərlər

Orphus sistemi