Rövnəq Abdullayev milli komandanın Macarıstanda keçirilmiş dünya çempionatındakı çıxışını dəyərləndirib

Rövnəq Abdullayev milli komandanın Macarıstanda keçirilmiş dünya çempionatındakı çıxışını dəyərləndirib Federasiya prezidenti cüdoçuların nəticəsini müsbət qiymətləndirib
Komanda
4 Sentyabr , 2017 23:57
Rövnəq Abdullayev milli komandanın Macarıstanda keçirilmiş dünya çempionatındakı çıxışını dəyərləndirib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev milli komandanın Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatındakı çıxışını dəyərləndirib.

"Report"un məlumatına görə, R. Abdullayev cüdoçuların mundialdakı nəticələrini müsbət qiymətləndirib.

O, yığmanın uğurla çıxış etdiyini bildirib: "İki gümüş, iki bürünc medal qazandıq. 126 ölkə arasında 8-ci yeri tutduq. Elə dövlət var ki, bəxtəbəxt bir qızıl medal alıb, medal əyarında bizdən öndə olub. Amma biz medal sayında ilk yerlərdə qərarlaşdıq. Üstəlik, finalda Rüstəm Orucovun məğlubiyyəti şübhəli oldu. Bunu Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri də anladı. Orada hakim səhvi var idi. Beş kamera ilə baxıldı və bu, təsdiqini tapdı. Amma artıq qərar qəbul olunmuşdu, gec idi. Hər halda nəticəmiz yaxşıdır. Ötən dünya çempionatında bir medal da qazana bilməmişdik. Bununla belə, bu mundialda qızıl medal gözləyirdik. Gözləntilərimiz çox idi. Bütün yarışlardan, o cümlədən Olimpiadadan qızıl medal gözləyirik. Ümidimiz yoxdursa, onda gərək bu işlə məşğul olmayaq. Ümid həmişə var və çalışırıq".

Federasiya rəhbəri cüdo üzrə yeganə dünya çempionu Elxan Məmmədov barədə də danışıb: "Elxan bizim tariximiz, ilk dünya çempionumuzdur. Hətta bu dəfə də az qalmışdı ki, adından söz etdirsin. Amma buna imkanı çatmadı. Yenə yapon qoymadı. Bizim qarşımızı kəsənlər yaponlardır".

Qeyd edək ki, dünya çempionatında Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi