Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.
"Report"un məlumatına görə, 34 yaşlı idmançı buna 75 kq çəki dərəcəsində nail olub. Ağayev ardıcıl olaraq, Yusid Sulyiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosovo) və Stanislav Horuna (Ukrayna) üzərində qələbə qazanıb. O, martın 30-da keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.
Həmin gün digər karateçilərdən Nuranə Əliyeva (50 kq), Asiman Qurbanlı (+84 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Rafael Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də "