​"Rabitə" səfərdə Fransanın "Bezye" klubunu məğlub edib

​"Rabitə" səfərdə Fransanın "Bezye" klubunu məğlub edib Görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb
Komanda
4 Mart , 2015 02:30
​Rabitə səfərdə Fransanın Bezye klubunu məğlub edib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubu CEV Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib Fransanın "Bezye" komandası olub.

Bezye şəhərindəki "Aqde" İdman Sarayında keçirilmiş qarşılaşma "Rabitə"nin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:22, 26:28, 25:14, 25:21).

Cavab görüşü martın 12-də Bakıdakı "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi