Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun CEV Kubokunun yarımfinal mərhələsində qarşılaşacağı rəqibi məlum olub.
"Report" xəbər verir ki, komandamız 1/2 final mərhələsində Rusiyanın "Dinamo" (Krasnodar) kollektivi ilə üz-üzə gələcək.
Martın 12-də Fransada keçirilən "Dinamo" - "Nant" qarşılaşmasında Rusiya klubu qalib gəlib. Rusiyada keçirilən birinci qarşılaşma da, rusların üstünlüyü ilə başa çatmışdı.