​"Rabitə" CEV Kubokunun birinci yarımfinal oyununda məğlub olub

​"Rabitə" CEV Kubokunun birinci yarımfinal oyununda məğlub olub Cavab qarşılaşması martın 28-də Bakıda keçiriləcək
Komanda
25 Mart , 2015 01:14
​Rabitə CEV Kubokunun birinci yarımfinal oyununda məğlub olub

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət "Rabitə" voleybol klubu CEV Kubokunun birinci yarımfinal qarşılaşmasında səfərdə Krasnodar "Dinamo"suna məğlub olub.

"Report" xəbər verir ki, çərşənbə axşamı Krasnodarda baş tutan qarşılaşma ev sahiblərinin 3:1 hesablı (25:20, 18:25, 25:23, 25:22) qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması martın 28-də Bakıda keçiriləcək.

Digər yarımfinal qarşılaşmasında "Qalatasaray" (Türkiyə) "Atom Trefl" (Polşa) ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi