Qılıncoynatma Federasiyasının ilk zalı təmirdən sonra istifadəyə verilib

Qılıncoynatma Federasiyasının ilk zalı təmirdən sonra istifadəyə verilib Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Qılıncoynatma Federasiyasının Bakının Şəfaət Mehdiyev 95A ünvanında yerləşən və 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Komanda
30 Yanvar , 2019 00:59
Qılıncoynatma Federasiyasının ilk zalı təmirdən sonra istifadəyə verilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Qılıncoynatma Federasiyasının Bakının Şəfaət Mehdiyev 95A ünvanında yerləşən və 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.

“Report” xəbər verir ki, zalda yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün ideal şərait yaradılıb.

Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib. Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də video-müşahidə sisteminin quraşdırılmasıdır. İndi valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə biləcəklər. Onu da nəzərə çatdıraq ki, Azərbaycan Qılıncoynatma Federasiyasiyasının nəzdində daha iki zal Azərbaycan Texniki Universitetin İdman Sarayında fəaliyyət göstərir.

Bu gün zalda 2005 və daha kiçik təvəllüdlü məktəblilər arasında “Olimpiya ümidi” turnirinə start verilib. 3 gün davam edəcək yarışda sablya,rapira və şpaqada qaliblər müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi