Qazaxıstanın məşhur xokkeyçisinin meyiti asılmış halda aşkarlanıb

Qazaxıstanın məşhur xokkeyçisinin meyiti asılmış halda aşkarlanıb O, Qış Olimpiya Oyunlarının iştirakçısı olub
Komanda
13 Sentyabr , 2016 10:50
Qazaxıstanın məşhur xokkeyçisinin meyiti asılmış halda aşkarlanıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazaxıstanın məşhur xokkeyçisi Pyotr Devyatkininin meyiti Rusiyanın Novosibirsk şəhərində asılmış vəziyyətdə aşkarlanıb.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı idmanıçın cibindən ölümdən qabaq yazdığı qeyd aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur. 

Qeyd edək ki, Pyotr Devyatkin 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Qazaxıstan millisinin tərkibində oynayıb.

Son xəbərlər

Orphus sistemi