Yuxarı

Qazaxıstan çempionatında ərəb komandası çıxış edəcək

Qazaxıstan çempionatında ərəb komandası

184

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası növbəti mövsümdən xokkey üzrə Qazaxıstan çempionatında çıxış edəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, yarışa Abu-Dabi əmirliyinin tərkibindəki Əl-Ayn şəhərini təmsil edən klub daxil olacaq.

Qazaxıstan Xokkey Federasiyasının hazırda klubun müraciətini nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, Qazaxıstan çempionatında artıq bir əcnəbi komanda iştirak edir. Bu, Özbəkistanın "Xumo-2" klubudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi