Yuxarı

Çempionlar Liqasının "play-off" mərhələsinə yüksələn "Qarabağ" komandasının üzvləri Vətənə qayıdıblar - VİDEO - FOTO

Çempionlar Liqasının "play-off" mərhələsinə yüksələn "Qarabağ" komandasının üzvləri Vətənə qayıdıblar - VİDEO - FOTO
Ağdam təmsilçilərini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib

Bakı. 2 avqust. REPORT.AZ/ Moldovanın "Şerif" komandasına qalib gələrək Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanan "Qarabağ" futbol komandasının üzvləri Bakıya qayıdıblar.

"Report" xəbər verir ki, Ağdam təmsilçilərini Moldovadan gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Futbolçuları çoxsaylı idman azarkeşləri, ictimaiyyət nümayəndələri və media mənsubları böyük coşqu və həvəs hissi, habelə "Qarabağ, Qarabağ!" şüarları ilə qarşılayıblar. Buna səbəb komandanın Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanmasıdır. 

Qeyd edək ki, Bakıda keçirilən ilk qarşılaşmada rəqibindən qolsuz bərabərliklə ayrılan "Qarabağ" səfərdə lazımı nəticəni təmin etdiyindən qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi idman tarixinə düşüb. Ölkə çempionu paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi