"Qarabağ" 4 qat Azərbaycan çempionu olub

"Qarabağ" 4 qat Azərbaycan çempionu olub Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Zirə" üzərində qələbə qazanıb
Komanda
1 May , 2016 19:52
Qarabağ 4 qat Azərbaycan çempionu olub

Bakı. 1 May. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının qalibi sona 4 tur qalmış müəyyənləşib. "Report"un məlumatına görə, bu, Ağdamın "Qarabağ" klubudur. 

Baş məşqçi Qurban Qurbanovun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi "Zirə"ni 2:0 hesabı ilə məğlub edərək, xallarını 75-ə yüksəldib. Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub. 

Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan "Zirə" üçün qalan 4 turda 15 xallıq fərqi azaltmaq əlçatmaz olub. 

Beləliklə, "Qarabağ" ardıcıl 3-cü mövsüm, tarixində isə 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb. Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.

Son xəbərlər

Orphus sistemi