Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır Bu gün qadın voleybolçular arasında Avropa çempionatı start götürür.
Komanda
23 Avqust , 2019 09:43
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

Bu gün qadın voleybolçular arasında Avropa çempionatı start götürür.

“Report” xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. Covanni Kapraranın rəhbərlik etdiyi yığma ilk matçını bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin olunub.

İtaliyalı mütəxəssis yarış ərzində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-lik”dən yararlanacaq.

Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alan yığma tarixinin 8-ci Avropa çempionatında iştirak edəcək. Milli indiyədək qitə birinciliyində mükafatçılar sırasına düşməsə də, 2 dəfə buna yaxın olub. Komanda debüt etdiyi 2005-ci ildə və ev sahibi olduğu son çempionatda yarımfinala qədər irəliləsə də, 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Milli 31-ci dəfə təşkil olunacaq yarışda bunu bacarsa, A qrupunun komandaları ilə qarşılaşacaq. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.


Qrup mərhələsi
23-29 avqust

A qrupu (Türkiyə, Ankara): Fransa, Bolqarıstan, Serbiya, Finlandiya, Türkiyə, Yunanıstan
B qrupu (Polşa, Lodz): Belçika, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Sloveniya
C qrupu (Macarıstan, Budapeşt): Azərbaycan, Xorvatiya, Hollandiya, Rumıniya, Macarıstan, Estoniya
D qrupu (Slovakiya, Bratislava): İsveçrə, Almaniya, Belarus, Rusiya, Slovakiya, İspaniya

C qrupu
23 avqust

17:00. Xorvatiya - Azərbaycan
19:30. Hollandiya - Rumıniya
22:30. Macarıstan - Estoniya

24 avqust
20:00. Estoniya - Xorvatiya
22:30. Rumıniya - Macarıstan

25 avqust
17:30. Azərbaycan - Hollandiya
20:00. Estoniya - Rumıniya

26 avqust
20:00. Hollandiya - Xorvatiya
22:30. Macarıstan - Azərbaycan

27 avqust
20:00. Hollandiya - Estoniya
22:30. Rumıniya - Xorvatiya

28 avqust
17:30. Azərbaycan - Estoniya
20:00. Xorvatiya - Macarıstan

29 avqust
17:30. Rumıniya - Azərbaycan
20:00. Macarıstan - Hollandiya

Son xəbərlər

Orphus sistemi