Yuxarı

Avropa çempionatı: Niderland voleybolçuları Belçikanı məğlub edib - FOTO - YENİLƏNİB

Avropa çempionatı: Niderland voleybolçuları Belçikanı məğlub edib - FOTO - YENİLƏNİB
Görüş Göygöldə baş tutub
© Foto: Report.az

Göygöl. 22 sentyabr. REPORT.AZ/ Qadınlardan ibarət Niderland yığması Gürcüstan və Azərbaycanda keçirilən Avropa çempionatının qrup mərhələsi matçında Belçika millisini məğlubiyyətə uğradıb.

"Report"un Qərb bürosu xəbər verir ki, "D" qrupu çərçivəsində Göygöl Rayon Olimpiya Kompleksində keçirilən görüş 3-1 (23:25, 25:12, 25:21, 25:14) hesabı ilə hollandların qələbəsi ilə yekunlaşıb.


***19:04

Göygöl. 22 sentyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Avropa çempionatında daha iki oyun keçirilib. 

"Report”un Qərb bürosunun məlumatına görə, I tur çərçivəsində B və D qrupunda qərarlaşan kollektivlər üz-üzə gəliblər.

İtaliya millisi Gürcüstanın paytaxtı Tbilisidə baş tutan görüşdə meydan sahiblərini məyus ediblər – 3:0. Göygöldə isə Serbiya yığması Çexiya komandasını eyni hesabla üstələyib.

Avropa çempionatı

I tur

B qrupu

İtaliya – Gürcüstan 3:0 (25:14, 25:12, 25:12)

Tbilisi. Yeni İdman Sarayı

D qrupu

Serbiya – Çexiya 3:0 (25:22, 25:16, 25:23)

Göygöl. Olimpiya İdman Kompleksi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi