Yuxarı

Putin hokkey matçında iştirak edib

Putin hokkey matçında iştirak edib
Oyun Qırmızı Meydanda baş tutub

Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin “Gecə hokkey liqası”nda yoldaşlıq oyununda iştirak edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yerləşdirilib.

Oyun Kremldə, Qırmızı Meydanda baş tutub. Matçın nəticəsi açıqlanmayıb.

Qeyd edək ki, “Gecə hokkey liqası” 15 dekabr 2011-ci ildə V.Putinin və hokkey veteranlarının təşəbbüsü ilə təsis edilib. Yarışın keçirilməsində məqsəd yaşlı nəsli idmana cəlb etmək və hokkeyin Rusiyada bir nömrəli idman növü kimi populyarlaşmasına kömək etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi