Polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb Bakı. 28 sentyabr. REPORT.AZ/ Polo üzrə Azərbaycan milli komandası İtaliyanın Siyene şəhərində davam edən Avropa Çempionatında finala yüksəlib.
Komanda
28 Sentyabr , 2018 16:42
Polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Polo üzrə Azərbaycan milli komandası İtaliyanın Siyene şəhərində davam edən Avropa Çempionatında finala yüksəlib.  

"Report" xəbər verir ki, yığma buna A qrupunun 4-cü turunda İrlandiya üzərində 5:3,5 hesablı qələbə sayəsində nail olub. Bu, Azərbaycan atçılıq idmanı tarixində ilk belə nailiyyətdir. Bu qarşılaşmayadək hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlində 1-2-ci yerləri bölüşürdülər.

Həlledici qarşılaşmada rəqib meydan sahibi İtaliya olacaq. 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar.

Qeyd edək ki, Avropa çempionatının final oyunu sentyabrın 30-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi