“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib

“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib Komandalar “UltraSoft”, “SuperSoft” və “Soft” örtüklərindən istifadə edə biləcəklər
Komanda
11 Yanvar , 2018 23:16
“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib

Bakı. 11 yanvar. REPORT.AZ/ “Pirelli” şirkəti 2018-ci il mövsümündə “Formula-1”in Azərbaycanda keçiriləcək Qran-pri mərhələsində istifadə oluna biləcək rezin tərkibləri barədə məlumat yayıb.

“Report” xəbər verir ki, Bakıda “UltraSoft”, “SuperSoft” və “Soft” şinləri komandaların ixtiyarında olacaq.

“SuperSoft” və “Soft” icbari elan edilib. “Pirelli” 2017-ci ildə Bakıya “SuperSoft”, “Soft” və “Medium” şinləri gətirib.

Bakı trassasının şəhər tipli olmasına baxmayaraq, “Pirelli” bu mərhələdə yeni şindən – “Hipersoft” adlı ən yumşaq tərkibli şindən istifadəyə qarar verməyib.

Son xəbərlər

Orphus sistemi