Bakı. 3 fevral. REPORT.AZ/ "İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb".
"Report" xəbər verir ki, bunu futzal üzrə Fransa millisinin baş məşqçisi Pierre Jacky deyib.
O, bildirib ki, İspaniya - Azərbaycan oyununun nəticəsini gözləyəcəklər: "Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millsi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm".