Yuxarı

Patrik Riçard: "Azərbaycanın qadın voleybolçularının Avropa çempionatında layiqli yer tutacağına inanıram"

Patrik Riçard: "Azərbaycanın qadın voleybolçularının Avropa çempionatında layiqli yer tutacağına inanıram"
Beynəlxalq dərəcəli hakim qeyd edib ki, Azərbaycanda idmana böyük maraq var
© "Report"

Tbilisi. 23 sentyabr. REPORT.AZ/ "Azərbaycanda 8 dəfə olmuşam və hər səfərimdə böyük inkişafin şahidi oldum".

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında beynəlxalq dərəcəli hakim, qadınlar arasında Avropa çempionatının hakimi Patrik Riçad söyləyib.

O qeyd edib ki, Azərbaycanda idmana böyük maraq var: "Bölgələrdə idmanı inkişaf etdirmək üçün yeni olimpiya mərkəzləri tikilib. Bakıda və Qubada bir neçə oyuna hakimlik etmişəm. Bu Avropa çempionatinda da oyunları idarə edəcəm.

Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevlə dostam. O, voleybolun inkişafı üçün çox çalışır. Çox yaxşı haldır ki, Prezident İlham Əliyev də ölkənizdə idmanın inkişafina böyük diqqət yetirir. Bunun nəticəsidir ki, Azərbaycanda idman, xüsusən də qadın voleybolu çox yaxşı inkişaf edir. Bu çempionatda Azərbaycanın qadın voleybolçularının layiqli yer tutacaqlarına inanıram".

Patrik Riçard Gürcüstanda çempionatın qrup oyunlarının təşkilində Azərbaycanın rolunu yüksək qiymətləndirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi