Yuxarı

Oyun zamanı hakimi döyən 18 yaşlı hokkeyçi azadlıqdan məhrum edilib - VİDEO

Oyun zamanı hakimi döyən 18 yaşlı hokkeyçi azadlıqdan məhrum edilib - VİDEO
Məhkəmədə o, günahını tam etiraf edib

Bakı. 27 iyun. REPORT.AZ/ Kanadalı hokkeyçi Koul Trevor Kreyn 30 gün müddətinə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, buna Kreynin oyun zamanı hakimə hücum etməsi səbəb olub.

Martın sonlarında gənclərdən ibarət komandalar arasındakı görüş zamanı 18 yaşlı idmançı referinin sifətinə bir neçə zərbə endirib. Hakimin məqsədi həmin vaxt toqquşmada iştirak edən hokkeyçiləri ayırmaqdan ibarət olub.

Məhkəmədə Kreyn günahını tam etiraf edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi