Yuxarı

Millimizin baş məşqçisi və futbolçusu Xocalı sərgisində - FOTOLAR

Onlar "Xocalıda can qaldı" adlı sərgi ilə tanış olublar

167

Bu gün futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva, yığmanın qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıda can qaldı" adlı sərgi ilə tanış olublar.

"Report" Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, daha sonra iştirakçılar üçün ekskursiya keçirilib.

Qonaqları salamlayan Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli eksponatlar və guşələrlə bağlı maraqlı faktları onların diqqətinə çatdırıb. Rövşən Hüseynli isə milli komandanın heyətində debüt matçında geyindiyi formanı muzeyə hədiyyə edib.

Sonda muzey kollektivinə təşəkkür edən iştirakçılar qeyd dəftərinə öz ürək sözlərini yazıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi