​Neftçilərin peşə bayramı ilə əlaqədar keçirilən Spartakiadaya yekun vurulub

​Neftçilərin peşə bayramı ilə əlaqədar keçirilən Spartakiadaya yekun vurulub Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında qalib olub
Komanda
16 Sentyabr , 2015 14:42
​Neftçilərin peşə bayramı ilə əlaqədar keçirilən Spartakiadaya yekun vurulub

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Neftçi" İdman Klubu 20 sentyabr - Neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edib. "Report"un məlumatına görə, 14 idman növü (atletika, üzgüçülük, mini-futbol, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə keçirilən XXIII Spartakiadaya 1 239 iştirakçı qatılıb.

31 müəssisədən olan komandaların qatıldıqları yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, atletika növündə İsmət Qayıbov adına Təlim-İdman Bazasında, üzgüçülük növündə isə "Start” İdman Kompleksində keçirilib.

Nəticələrə əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında 692,5 xalla XXIII Spartakiadanın qalibi adını qazanıb. Neft Kəmərləri İdarəsi 637,5 xalla 2-ci, "Neft Daşları" NQÇİ 607,5 xalla 3-cü yeri tutub.

Qaliblərə "Neftçi" İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi