NBA-da mövsümün ən dəyərli basketbolçusu açıqlanıb

NBA-da mövsümün ən dəyərli basketbolçusu açıqlanıb Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün ən dəyərli basketbolçusu açıqlanıb.
Komanda
25 İyun , 2019 12:36
NBA-da mövsümün ən dəyərli basketbolçusu açıqlanıb

Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün ən dəyərli basketbolçusu açıqlanıb.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Miluoki Baks”ın lideri Yannis Adetokunbo layiq görülüb. O, ABŞ-ın Santa-Monika şəhərində təşkil olunan mərasimdə təltif edilib.

Nigeriyalı əsilli basketbolçu son mövsümdə “Miluoki Baks”a 82 matçdan 60-da qlaib gəlməyə kömək edib. Adetokunbo hər oyunda orta hesabla 27,7 xal toplayıb. Digər namizədlər isə “Hyuston Rokerts”in müdafiəçisi Ceyms Harden və “Oklahoma-Siti Tander”in hücumçusu Pol Corc idi.

Qeyd edək ki, başa çatan mövsümün çempionu “Toronto” olub.

Son xəbərlər

Orphus sistemi