​Natalya Məmmədova: "Hakimlik qeyri-obyektiv idi"

​Natalya Məmmədova: "Hakimlik qeyri-obyektiv idi" "Daha yaxşı oynaya bilərik"
Komanda
11 Fevral , 2016 04:39
​Natalya Məmmədova: Hakimlik qeyri-obyektiv idi

Bakı. 11 fevral. REPORT.AZ/ "Nə deyə bilərəm? Özünüz hər şeyi gördünüz. Oyun çətin keçdi. Amma əlbəttə, daha yaxşı oynaya bilərdik".

"Report"un məlumatına görə, bunu İsveçrənin "Volero" klubunun voleybolçusu Natalya Məmmədova Bakıda Azərbaycanın "Lokomotiv" komandasına 2:3 hesabı ilə uduzduqları qadınlar arasında Çempionlar Liqasının ilk "pley-off" matçından sonra deyib.

32 yaşlı idmançı hakimlikdən şikayətlənib: "Mənim hakimliyə iradım var. Onlar qeyri-obyektiv idilər".

Məmmədova Azərbaycan yığması ilə vidalaşdığını da bəyan edib: "Yığma ilə qurtarmışam. Bir daha oynamayacağam. Səbəb sağlıq durumumdur. Bərpa və hazırlıq prosesinə çox vaxt lazımdır".

Qeyd edək ki, "Lokomotiv" - "Volero" görüşünü Konstantinos Vudurislə (Yunanıstan), Ralf Barnstorf (Almaniya) idarə edib.

Son xəbərlər

Orphus sistemi