Yuxarı

Moldova futzal yığmasının Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb

Moldova futzal yığmasının Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb
Rumıniya klubu 2 oyunçusunu Bakıdakı görüşlərə buraxmayıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək futzal üzrə Moldova yığmasının heyəti açıqlanıb.

"Report"un Moldova Futzal Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Vladimir Vusatı 14 futzalçıya dəvət göndərib. Lakin Rumıniyanın "Yunayted Qalats" klubu Andrian Laşku və Konstantin Burdujeli yığmaya buraxmayıb.

Qapıçılar: Oleq Kitoroaqe ("Klassik"), Nikolay Nyaqu ("Torun", Polşa)

Meydan oyunçuları: Kristian Obade, Sergey Takot (hər ikisi "Autoberqamo", Rumıniya), Sergey Nikolayçuk, Aleksandr Tsımbalist, Andrey Neqara, Leonid Podlesnov (hamısı "Klassik"), Nikolay İqnat, Ştefan Kozaryuk (hər ikisi "Balkan Farmasyutikals"), Lilian Qutsu ("Viktoriya Buykan"), Sergey Muntyanu ("Proqress")

Qeyd edək ki, 29-30 martda Bakı İdman Sarayında keçiriləcək hər iki matç saat 18:30-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi