Miltin Luis Ziller: "Azərbaycan futzal yığması dünya çempionatında pis çıxış etmədi"

Miltin Luis Ziller: "Azərbaycan futzal yığması dünya çempionatında pis çıxış etmədi" Futzal yığmasının baş məşqçisi mübarizəni dayandırdıqları qarşılaşmanı dəyərləndirib
Komanda
26 Sentyabr , 2016 05:13
Miltin Luis Ziller: Azərbaycan futzal yığması dünya çempionatında pis çıxış etmədi

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Portuqaliya ilə matç barədə onu deyə bilərəm ki, əvvəlcədən planlaşdırdığımız kimi oynadıq. Həm müdafiədə, həm də hücumda. Rəqibimiz qapımız qarşısında təhlükəli epizodlar yaratsa da, biz də bu baxımdan borclu qalmadıq". 

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan futzal yığmasının baş məşqçisi Milton Luis Ziller Junior Kolimbiyada keçirilən dünya çempionatında Portuqaliya yığması ilə 1/4 final matçından sonra AFFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Miltin kimi tanınan braziliyalı mütəxəssis 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları qarşılaşmanı dəyərləndirib: "Doğrudur, vurduğumuzdan çox qol buraxdıq. Amma bu da təbii qarşılana bilər. Xüsusilə, son 4-5 dəqiqədə çox üstün oynasaq da, istədiyimiz hesabı əldə edə bilmədik. Bu nəticədən sonra başımızı aşağı salmamalıyıq. Artıq gələcək barədə düşünməliyik. Hesab edirəm ki, ümumilikdə komanda dünya çempionatında pis çıxış etmədi. İndi növbəti planlarımızın nədən ibarət olmasına diqqət yetirməliyik”.

Xatırladaq ki, bu, futzal yığmamızın dünya çempionatının final mərhələsində debütü idi. 

Son xəbərlər

Orphus sistemi