Azərbaycan millisi üçün 2020-ci il Tokio olimpiadasının təsnifat oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

Azərbaycan millisi üçün 2020-ci il Tokio olimpiadasının təsnifat oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib Bakı. 31 yanvar. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası üçün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.
Komanda
31 Yanvar , 2019 11:35
Azərbaycan millisi üçün 2020-ci il Tokio olimpiadasının təsnifat oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

Bakı. 31 yanvar. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası üçün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.

“Report” Beynəlxalq Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın yer aldığı D qrupunun oyunları 2 - 4 avqustda Braziliyada təşkil olunacaq. Milli vəsiqə uğrunda meydan sahibləri ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə mübarizə aparacaq.

Qeyd edək ki, ən yaxşı reytinqə malik 24 yığma 6 qrupa bölünüb. Qrup qalibi olacaq komandalar olimpiadaya vəsiqə qazanacaqlar. 

Son xəbərlər

Orphus sistemi