Yuxarı

Azərbaycan millisinin basketbolçusu Almaniya klubuna keçib

Millimizin Basketbolçusu Almaniyada

Azərbaycan millisinin basketbolçusu Cordan Devis klubunu dəyişib.

"Report"un məlumatına görə, 22 yaşlı idmançı İspaniya "Baksi Manreza"sından Almaniyanın "Rasta Vexta" komandasına keçib. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb.

Devis Çempionlar Liqasında "Manreza"nın heyətində 5 oyuna orta hesabla 8,6 xal, 4,4 rebraun və 2,2 assist müəllifi olub. Azərbaycan pasportuna malik basketbolçu İspaniya Basketbol Liqasında meydana müntəzəm çıxa bilməyib. Bu, əcnəbilərə qoyulan limitlə əlaqədar olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi