Yuxarı

Milli Hokkey Liqasında başından güclü zərbə alan hücumçu oyunu davam etdirə bilməyib - VİDEO

Milli Hokkey Liqasında başından güclü zərbə alan hücumçu oyunu davam etdirə bilməyib - VİDEO

Bakı. 14 mart. REPORT.AZ/ Kanadanın “Monreal Kanadiens” komandasının hücumçusu Endryu Şou Milli Hokkey Liqasında “Dallas Starz”la görüşü başa çatdıra bilməyib.

“Report” xəbər verir ki, 27 yaşlı hokkeykçi üçüncü periodun gedişində rəqib müdafiəçi Qreq Paterinə qarşı güc fəndi tətbiq edib. Lakin Şou onunla baş-başa toqquşaraq yıxılıb və yerdə qalıb.

Çətinliklə ayağa qalxan idmançıya meydandan çıxmaq üçün komanda yoldaşları kömək göstəriblər. Matçdan sonra Şou müayinədən keçməli olub. Müayinənin nəticəsi hələlik açıqlanmasa da, hokkeyçinin karyerası ərzində bir neçə dəfə beyninin silkələndiyi bildirilir.

Qeyd edək ki, matç “Monreal Kanadiens”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi