Yuxarı

MBA: "Boston" "Nyu-York"a qalib gəlib - VİDEO

MBA: "Boston" "Nyu-York"a qalib gəlib - VİDEO
Görüş 119:114 hesabı ilə başa çatıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Amerika Milli Basketbol Assosiasiyasında (MBA) "Boston" "Nyu-York" üzərində 119:114 hesablı səfər qələbəsi qazanıb.

"Report" xəbər verir ki, görüşün ən məhsuldar basketbolçusu "Nyu-York"un forvardı Karmelo Entoni (29 xal) olub.

"Boston"da ona yaxın nəticəni komandanın müdafiəçisi Aayzeya Tomas (27) göstərib.

"Boston" Şərq konfransının turnir cədvəlində üçüncü mövqedə qərarlaşıb. Komanda 31 oyundan 17-də qalib gəlib. Aktivində 30 matça 15 qələbə olan "Nyu-York" beşinci yerdə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi