Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq

Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq Çempionat Marneuli şəhərindəki “Ata Holdinq” salonunda təşkil olunacaq
Komanda
13 Fevral , 2017 19:59
Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq

Tbilisi. 13 fevral. REPORT.AZ/ Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində fevralın 15-dən 19-dək gənclər arasında boks üzrə Gürcüstan çempionatı keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Milli Boks Federasiyasının təşkil etdiyi çempionatda ölkə vətəndaşı olan 7 azərbaycanlı gənc də mübarizə aparacaq.

Bu idman yarışmasında azərbaycanlılarla yanaşı, gürcü və digər millətlərin nümayəndələri də güclərini sınayacaqlar.

Çempionat Marneuli şəhərindəki “Ata Holdinq” salonunda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi