Yuxarı

"Lokomotiv" və "Azəryol"un Avropa kuboklarındakı rəqibləri müəyyənləşib

"Lokomotiv" və "Azəryol"un Avropa kuboklarındakı rəqibləri müəyyənləşib
Azərbaycan yığmasının legioneri Bakıya gələcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət komandalarının Avropa kuboklarındakı rəqibləri müəyyənləşib. "Report"un məlumatına görə, Çempionlar Liqasında mübarizəni davam etdirən "Lokomotiv" İsveçrə "Volero"suna rəqib olub.

Sürixi təmsil edən komandanın heyətində Azərbaycan yığmasının üzvü Natalya Məmmədova da çıxış edir.

"Azəryol" isə CEV Kubokunun Çelenc mərhələsində İtaliyanın "İqor Qorqonzola" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk görüşlər 9 - 11 fevralda Bakıda olacaq. Cavab qarşılaşması isə 22-24 martda Sürixdə təşkil ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi