Yuxarı

Lənkəranın iki klubu Azərbaycan Yüksək Liqasında çıxış edəcək

Lənkəranın iki klubu Azərbaycan Yüksək Liqasında çıxış edəcək

Bakı. 27 iyul. REPORT.AZ/ 2018/2019 mövsümündə futzal üzrə Azərbaycan Yüksək Liqasında iki yeni komanda çıxış edəcək.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hər iki kollektiv Lənkəran təmsilçisidir. Bunlar yeni təsis edilən “Liman” və “Cənub Xəzər” klublarıdır. Ötən mövsüm elitada mübarizə aparan 7 komandadan 4-nün də yeni çempionatda yer alacağı dəqiqləşib. Söhbət “Araz”, “Neftçi”, EKOL və “Yasamal”dan gedir.

Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olan və çempionatın gümüş medallarını qazanan “Marafon” klubu növbəti mövsüm Yüksək Liqada çıxış etmək üçün ərizə verməyib. “Xəmsə” və “İtaldizain Futsal” da elitada çıxış edəcəklərini təsdiqləməyiblər.

Bununla belə, Yüksək liqada 8 komandanın iştirakı nəzərdə tutulub. Klubların yarışa qatılmaq üçün ərizə vermək və yeni transferlərini qeydiyyatdan keçirməkdə ötrü avqustun 31-dək vaxtları var. Yeni mövsümə sentyabrın 12-də start verilməsi planlaşdırılır.

Qeyd edək ki, I liqa üçün 16, II liqa üçün isə 20 klub müraciət edib. Aşağı dəstələrdə mövsümə 15- 16 sentyabrda start verilməsi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi