KXDR-də keçirilməli olan ağır atletika üzrə yeniyetmələr arasında DÇ-2018-in yeri dəyişdirilib

KXDR-də keçirilməli olan ağır atletika üzrə yeniyetmələr arasında DÇ-2018-in yeri dəyişdirilib Bu barədə IWF-nin Buxarestdə keçirilən iclasında qərar qəbul olunub
Komanda
2 Oktyabr , 2017 08:54
KXDR-də keçirilməli olan ağır atletika üzrə yeniyetmələr arasında DÇ-2018-in yeri dəyişdirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ 2018-ci ildə KXDR-də keçirilməli olan ağır atletika üzrə yeniyetmələr arasında dünya çempionatının yeri dəyişdirilib. Turnir Özbəkistanda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) İcraiyyə Komitəsinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında qərar qəbul olunub.

Qərarın səbəbləri barədə məlumat verilmir.

Şimali Koreya turniri qəbul etmək hüququnu iki il əvvəl qazanıb. Yarış Pxenyanda keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi