Yuxarı

Azərbaycan millisinin voleybolçusu karyerasını bərpa edib

Kseniya Poznyak karyerasını bərpa etdi

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyigit) karyerasını bərpa edib.

“Report” “Volleyverse” portalına istinadən xəbər verir ki, Belarus əsilli 33 yaşlı blokçu Filippində çıxış edəcək. O, “Generika Ayala Lifesavers” komandasının heyətində fevralda keçiriləcək Super Liqada iştirak edəcək.

Qeyd edək ki, Kseniya Poznyak voleybolçu karyerasını 2018-ci ilin avqustunda başa vurmuşdu. 2002-ci ildən Azərbaycan millisində çıxış edən blokçu indiyə qədər “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi