​Kikboks yığmamız Rusiya millisinə məğlub olub

​Kikboks yığmamız Rusiya millisinə məğlub olub Yekun hesab 6:3 hesabı ilə nəticələnib
Komanda
15 Mart , 2015 07:29
​Kikboks yığmamız Rusiya millisinə məğlub olub

Bakı. 15 mart. REPORT.AZ/ Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində kikboksinq üzrə Azərbaycan və Rusiya yığmalarının görüşü keçirilib.

“Report” xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə və II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş turnirdə K-1 qaydaları üzrə 5 çəki dərəcəsində 10 döyüş baş tutub.

Yarışda yekun hesab 6:3 hesabı ilə Rusiyanın xeyrinə başa çatıb, bir heç-heçə qeydə alınıb.

Rusiya Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Vadim Ukraintsev yarışdan əvvəl bunları bildirib:

“Azərbaycan yığması çox güclüdür. Siz burada bir nömrəli idmançıları görəcəksiniz. Əlbəttə ki, belə döyüşçüləri görmək gənclər üçün böyük stimuldur”.

Son xəbərlər

Orphus sistemi