KİV: Azərbaycan voleybolçusu Braziliya klubunda qalmalıdır

KİV: Azərbaycan voleybolçusu Braziliya klubunda qalmalıdır Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Braziliyanın “Sesi” komandasında qalmalıdır.
Komanda
4 Aprel , 2020 10:20
KİV: Azərbaycan voleybolçusu Braziliya klubunda qalmalıdır

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Braziliyanın “Sesi” komandasında qalmalıdır.

“Report”un məlumatına görə, bu barədə ölkənin “Locomotivaesportiva” nəşri oyunçuların çıxışlarını dəyərləndirərkən bildirib.

Yazıda Rəhimovanın 2019/2020 mövsümündəki çıxışı yüksək qiymətləndirilib. 30 yaşlı voleybolçunun cari mövsüm hər kəsdən çox xal topladığı və 22 qarşılaşmanın 12-də komandasına 20-dən çox xal qazandırdığı vurğulanıb.

Azərbaycan voleybolçusunun 2020/2021 mövsümündə də “Sesi”də qalmalı olduğu bildirilib. 

Qeyd edək ki, Polina Rəhimova 2020-ci ilin əvvəlində yığmadakı karyerasını başa vurub. Hazırda Braziliyada olan voleybolçu mövsümün əvvəlindən "Sesi"də çıxış edir. Bu ölkədəki çempionat koronavirusa görə dayandırılıb. "Sesi" çempionatı 43 xalla 4-cü bitirib və pley-offda "Osasko"ya rəqib olub. 

Son xəbərlər

Orphus sistemi