Karate üzrə “Baku Open” 7-ci beynəlxalq turnirinə start verilib

Karate üzrə “Baku Open” 7-ci beynəlxalq turnirinə start verilib Turnirdə 10 ölkədən 400 idmançı iştirak edir.
Komanda
22 Aprel , 2016 21:37
Karate üzrə “Baku Open” 7-ci beynəlxalq turnirinə start verilib

Bakı. 22aprel. REPORT.AZ/Sərhədçi” Olimpiya İdman Mərkəzində Karate üzrə “Baku Open” 7-ci beynəlxalq turnirinin açılış mərasimi olub.

"Report"un məlumatına görə, mərasimdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra bu ayın əvvəlində qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar qarşısında çıxış edən Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Azərbaycanın idman sahəsində qazandığı əhəmiyyətli uğurlardan söz açıb, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd edib. Y.Bəşirov vurğulayıb ki, Azərbaycanda istər yerli, istərsə də beynəlxalq miqyaslı çoxlu idman yarışı keçirilir, idmançılarımız dünya turnirlərində mühüm qələbələr qazanırlar.

Sonra tədbirin bədii hissəsi olub. Turnirin ilk günündə böyüklər, yeniyetmələr və gənclər arasında “kata” və “kumite” üzrə fərdi yarışlar keçirilib, habelə karate veteranları çıxış edib.

Turnirdə 10 ölkədən 400 idmançı iştirak edir.

Son xəbərlər

Orphus sistemi