Kanadanın gənclərdən ibarət hokkey komandası dünya çempionatının finalına çıxıb

Kanadanın gənclərdən ibarət hokkey komandası dünya çempionatının finalına çıxıb Kanada yığması finalda ABŞ komandası ilə üz-üzə gələcək
Komanda
5 Yanvar , 2017 07:33
Kanadanın gənclərdən ibarət hokkey komandası dünya çempionatının finalına çıxıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Kanadanın gənclərdən (20 yaşa qədər) hokkey komandası yarımfinalda İsveç yığmasına qalib gələrək dünya çempionatının finalına çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Monrealda baş tutmuş qarşılaşma Kanada yığmasının 5:2 (2:2, 1:0, 2:0) hesablı qələbəsi ilə başa çatıb. Komandaya Mitçel Stivens, (8-ci dəqiqədə), Entoni Çirelli (19-cu dəqiqədə), Jülen Qotye (33, 59-cu dəqiqələrdə) və Dilan Strom (48-ci dəqiqədə) qələbə bəxş ediblər.

Kanada yığması finalda Rusiyanın hokkey komandasını 4:3 hesabı ilə məğlub etmiş ABŞ komandası ilə üz-üzə gələcək. 

Rusiya və İsveç komandaları isə bu gün üçüncü yer uğrunda mübarizə aparacaqlar.  

Son xəbərlər

Orphus sistemi