Yuxarı

Kanadada hokkeyçiləri aparan avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb

Kanadada hokkeyçiləri aparan avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb

Bakı. 7 aprel. REPORT.AZ/ Kanadanın “Humboldt Bronkos” hokkey klubunun gənclərdən ibarət komandasını aparan avtobus qəzaya uğrayıb.

“Report” “New York Times”a istinadən xəbər verir ki, hadisə Saskaçevan əyalətində baş verib.

“Nipavin Hauks”la pley-off matçı üçün səfərə çıxan hokkeyçiləri aparan avobus qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 28 nəfərdən 14-ü ölüb.

Avtobusdakı hokkeyçilərin 16-21 yaşları olub.

Kanadanın Baş naziri Castin Tryudo “Twitter” vasitəsilə həlak olanların yaxınlarına başsağlığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi