Kanada təmsilçisi tarixində ilk dəfə NBA çempionu olub

Kanada təmsilçisi tarixində ilk dəfə NBA çempionu olub Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Komanda
14 İyun , 2019 09:14
Kanada təmsilçisi tarixində ilk dəfə NBA çempionu olub

Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün qalibi müəyyənləşib. 

"Report" xəbər verir ki, final mərhələsinin 6-cı görüşündə “Qolden Steyt”i 114:110 hesabı ilə məğlub edən "Toronto" çempion olub. 

Kanada təmsilçisi qələbə qazanmaqla ümumi hesabı 4:2 edib. Komandanın heyətində Kavay Leonard qarşılaşmanın ən yaxşı basketbolçusu seçilib. O, həlledici oyunda 22 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, 1995-ci ildə yaranan "Toronto" komandası tarixində ilk dəfə NBA çempionu adını qazanıb. 

Son xəbərlər

Orphus sistemi