İstanbulda olimpiadada lisenziya uğrunda yarışacaq Azərbaycan güləşçiləri müəyyənləşib

İstanbulda olimpiadada lisenziya uğrunda yarışacaq Azərbaycan güləşçiləri müəyyənləşib Onların arasında Rəsul Çunayev də var
Komanda
4 May , 2016 10:33
İstanbulda olimpiadada lisenziya uğrunda yarışacaq Azərbaycan güləşçiləri müəyyənləşib

Bakı. 4 may. REPORT.AZ/ Mayın 6-da Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən güləş üzrə II Dünya təsnifat turniri keçiriləcək.

"Report"un məlumatına görə, üç gün davam edəcək turnirdə Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığma komandalarının 4 üzvü lisenziya uğrunda yarışacaq.

Yunan-Roma güləşi növündə "Bakı 2015" I Avropa Oyunlarının qalibi, dünya çempionu Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşində isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) çıxış edəcək.

Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, ertəsi gün qadın güləşçilər mübarizə aparacaq. Görüşlərin idarə edilməsində Azərbaycanı I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək. Hər bir çəki dərəcəsində finala yüksələn güləşçi həm də olimpiadaya vəsiqəni təmin edəcək.

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilər olimpiadaya tam heyətlə qatılacaq. Bu komanda 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olub.

Son xəbərlər

Orphus sistemi