İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub İspanlar finalda fransız rəqiblərini 71:55 hesabı ilə yeniblər
Komanda
26 İyun , 2017 04:28
İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub
Foto: EPA\Martin

Bakı. 26 iyun. REPORT.AZ/ İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub.

"Report" xəbər verir ki, ispanlar finalda fransız rəqiblərini 71:55 hesabı ilə yeniblər.

Yarışmada üçüncü yeri Belçika komandası tutub. Belçikalı basketbolçular yunan rəqiblərinə 78:45 hesabı ilə qalib gələrək siyahıda fransızlardan sonrakı yerdə qərarlaşıblar.

D qrupunda ikinci yer tutmuş Rusiya yığmasını final yarışmasından Yunanıstan yığması məhrum edib.

İspaniya yığması bununla üçüncü dəfə Avropa çempionu adını qazanıb. Komanda bundan əvvəl 1993 və 2013-cü illərdə Avropanın ən güclüsü olub.

Qedy edək ki, qadınlar arasında növbəti Avropa çempionatı 2019-cu ildə Serbiya və Latviyada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi