Yuxarı

İslamiadada iştirak edəcək basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb

İslamiadada iştirak edəcək basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb
Heyətə Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozes daxil edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

“Report”un yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq Azərbaycan millisi Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə qarşılaşacaq.

Bu idman növü üzrə ümumilikdə 20 komanda (10 qadın, 10 kişi) yarışlara qatılacaq. Yarışlar mayın 18-21-də 1500 nəfər tamaşaçı tutumuna malik “Basketbol Arena”da keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi