İradə Qurbanova: "Avropa çempionatında 5 medal gimnastikamızın inkişafını göstərir"

İradə Qurbanova: "Avropa çempionatında 5 medal gimnastikamızın inkişafını göstərir" İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri noyabrın 5-də Vətənə qayıdıblar.
Komanda
5 Noyabr , 2019 06:06
İradə Qurbanova: Avropa çempionatında 5 medal gimnastikamızın inkişafını göstərir

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri noyabrın 5-də Vətənə qayıdıblar.

"Report" xəbər verir ki, gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, idmançıların yaxınları və jurnalistlər qarşılayıblar.

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova "Report"a açıqlamasında bildirib ki, yetirmələrinin nəticələrindən razı qalıb: "Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, inkişaf edirik. Ən ciddi rəqiblərimiz isə Rusiya, Ukrayna, Böyük Britaniya və Belçika idi. Düzdür, digər kişi cütlüyümüzdən medal gözləyirdik, lakin onların 0,5 xalları çatmadı ki, bürünc medala sahib olsunlar. Halbuki 9 medal qazana bilərdik, təəssüf ki, 5-ni qazandıq. Buna baxmayaraq, bu, bizim üçün böyük uğurdur".

Baş məşqçi onu da vurğulayıb ki, artıq gələn il yığmamızı ardıcıl olaraq, 3 dünya kuboku gözləyir. Onun sözlərinə görə, mayda İsveçrədə dünya çempionatı baş tutacaq ki, yığmamızı daha ciddi sınaq gözləyir. 

Son xəbərlər

Orphus sistemi