Yuxarı

İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb - FOTO - VİDEO

İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb - FOTO - VİDEO
Yığma üzvlərini ACF rəsmiləri, idmançıların yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar
© Foto: Report.az/Ruslan Məmmədov

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

"Report" xəbər verir ki, mötəbər turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında birinci olan, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Avropa çempionatında ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq), Murad Fətiyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi