"Red Bull"un yarış məsləhətçisi Helmut Marko "De Telegraaf" nəşrinə təsdiq edib ki, komandası artıq "Formula-1"in növbəti mərhələsinədək daha güclü mühərrikə malik olacaq.
"Report" xəbər verir ki, onun sözlərinə görə, "Honda" Azərbaycan Qran-prisinədək güc qurğularının qüvvətini 20 at gücü artıracaq.
Bununla belə söhbətin maşınlarda yeni güc qurğularının quraşdırılmasından və ya artıq istifadədə olan qurğuların əldə olan imkanlar hesabına qüvvətləndirilməsindən getdiyi açıqlanmır.
Birinci halda, ikinci mühərrikin erkən qurulması çempionatın sonunda cərimələr vəd edir.
Ekspertlərin qiymətləndirməsinə görə, hazırki yapon mühərriklərinin gücü 952 at gücü təşkil edir ki, bu da onun rəqibləri olan "Mercedes" və "Ferrari"dən 38 at gücü azdır. Eyni zamanda "Honda" "Renault"u 7 at gücü üstələyir.
Mühərrik gücünün 20 at gücü artırılması "Honda" müştərilərinə rəqiblərini bir dövrədə orta hesabla 0,2 saniyə qabaqlamaqda kömək etməlidir.