Hokkeyçi Pavel Bure ABŞ vətəndaşlığından imtina edib

Hokkeyçi Pavel Bure ABŞ vətəndaşlığından imtina edib İdmançının adı ABŞ vətəndaşlığından imtina edən şəxslərin siyahısında yer alıb
Komanda
21 Fevral , 2017 11:19
Hokkeyçi Pavel Bure ABŞ vətəndaşlığından imtina edib

Bakı. 21 fevral. REPORT.AZ/ Məşhur rusiyalı hokkeyçi Pavel Bure 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlər göstərir.

12 mövsüm Kanada və ABŞ klublarında Milli Hokkey Liqasında çıxış etmiş idmançının adı fevralın 9-da nazirliyin saytında yerləşdirilmiş ABŞ vətəndaşlığından imtina edən şəxslərin siyahısında yer alıb.

Qeyd edək ki, 2012-ci ildə Pavel Bure MHL-in Şöhrət zalına daxil edilib.

Son xəbərlər

Orphus sistemi