Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib Azərbaycan turniri 35 ölkə arasında ikinci yerdə başa vurub
Komanda
25 Sentyabr , 2016 11:37
Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən hərbçilərin güləş üzrə 31-ci dünya çempionatının bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə CİSM-in nümayəndəsi polkovnik Nelson Lopezin çıxışından sonra Makedoniyanın müdafiə naziri Zoran Jolevski yarışları bağlı elan edib.

Otuz beş ölkədən 300-dən çox idmançının iştirak etdiyi hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ümumi hesabda 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi