Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib "Avropa çempionatının iki ölkədə təşkili dostluğumuzu və qardaşlığımızı bir daha sübut edir"
Komanda
22 Sentyabr , 2017 17:26
Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
Report

Tbilisi. 22 sentyabr. REPORT.AZ/ "Qadınlar arasında voleybol üzrə Avropa çempionatının Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilməsi bizim dostluğumuzun nümunəsidir".

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua deyib. Onun sözlərinə görə, çempionatın B qrupunun oyunlarının Tbilisidə keçirilməsi barədə 2013-cü ildə qərar qəbul olunarkən, Azərbaycanın böyük dəstəyini hiss ediblər: "Bu, Gürcüstan voleybolunun populyarlığının artmasında mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda Azərbaycan voleybolunun inkişafının, onun təşkilatçılığının göstəricisidir". 

İ.Çaçua hər bir addımda Azərbaycanın dost, qardaş dəstəyini hiss etdiklərini də vurğulayıb: "Gürcüstan yıgmasında legioner yoxdur. Azərbaycan bizə beynəlxalq yarışlarda iştirak imkanı yaratdı. Buna gorə də Azərbaycana minnətdarıq".

Federasiya prezidenti onu da bildirib ki, belə mötəbər yarışların birgə təşkili iki ölkə arasındakı dostluğu və qardaşlığı bir daha sübut edir: "Bizi irəlidə daha boyük uğurlar gözləyir".

Qeyd edək ki, Avropa çempionatına bu gün start verilib. 

Son xəbərlər

Orphus sistemi