Gürcüstan və Qazaxıstan yığmaları arasındakı oyunda dava düşüb - VİDEO

Gürcüstan və Qazaxıstan yığmaları arasındakı oyunda dava düşüb - VİDEO Gürcüstan və Qazaxıstanın amerikan futbolu üzrə milli komandalarının yoldaşlıq oyununda qalmaqal baş verib.
Komanda
30 Sentyabr , 2019 11:34
Gürcüstan və Qazaxıstan yığmaları arasındakı oyunda dava düşüb - VİDEO

Gürcüstan və Qazaxıstanın amerikan futbolu üzrə milli komandalarının yoldaşlıq oyununda qalmaqal baş verib.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, Tbilisidə “Setanta Sports Georgia” telekanalının canlı yayımladığı matçın sonlarında 14:22 hesabı ilə məğlub durumda olan meydan sahibləri dava salıblar və qonaq oyunçuları döyüblər.

Nəticədə hakimlər Gürcüstan yığmasının hesabından 2 xal silib və görüş Qazaxıstan millisinin 22:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç başa çatandan sonra meydan sahibləri arenada Qazaxıstanın dövlət himnini səsləndirməyi lazım bilməyiblər. Üstəlik, Gürcüstan saytlarından oyunun görüntüləri silinib.  

View this post on Instagram

В Тбилиси состоялся товарищеский матч национальных сборных Грузии и Казахстана по американскому футболу. Поединок транслировался в прямом эфире телеканала Setanta Sports Georgia. В конце матча при счете 22:14 в пользу казахстанской дружины игроки грузинской сборной без видимых на то причин инициировали драку, за что судьи сняли с хозяев поля 2 очка. В итоге сборная Казахстана победила негостеприимных хозяев со счетом 22:12. По окончании матча принимающая сторона даже не включила государственный гимн Республики Казахстан, а все видеозаписи игры с грузинских сайтов были впоследствии удалены. #kaz #sport

A post shared by SPORTS.KZ (@kzsports) on

Son xəbərlər

Orphus sistemi